Bakıda şok keçirən türkiyəli futbolçu: "Xalqımızdan üzr istəyirik"

17 İyun 2021 11:50 Türkiyə 1 553
Bakıda şok keçirən türkiyəli futbolçu: "Xalqımızdan üzr istəyirik"

"İstədiyimiz kimi olmadı, bütün xalqımızdan üzr istəyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının futbolçusu Umut Meraş Avropa çempionatının A qrupunun II turunda Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqları oyu barədə deyib.

26 yaşlı yarımmüdafiəçi qələbə qazanmağı çox istədiklərini söyləyib:

"Təəssüf ki, alınmadı. Danışılacaq bir şey də yoxdur. Son matça da qazanmaq üçün çıxacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Komandanın digər üzvü Mert Müldür üzgün olduqlarını vurğulayıb: "Bu görüşdə qalib gəlməli olduğumuzu bilirdik. Kədərli bir hadisədir.

Amma artıq edəcəyimiz nəsə yoxdur. 3-cü yeri tutaraq qrupdan çıxa bilərikmi? Bilmirəm. Üçüncü qarşılaşmada əlimizdən gələni göstərməliyik".

Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də BOS-da 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"