
Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib.
O bildirib ki, vəsaitin 650 milyon ABŞ dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon ABŞ dolları isə xüsusi fonddan olimpiya hərəkatına, federasiyalara və milli olimpiya komitələrinə, o cümlədən, Azərbaycan Milli Olimpiya Komitəsinə kredit formasında sərf olunacaq.
Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.