Nəticələr elan olunanadək yığmadan kənarlaşdırıldı

4 Fevral 2020 11:06 Tokio-2020 731
Nəticələr elan olunanadək yığmadan kənarlaşdırıldı

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qadın güləşi üzrə isveçli bürünc mükafatçısı Yeni Franssonun dopinq-testi müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı idmançıdan metiltestosteron izləri tapılıb.

Fransson B probunun nəticələri elan olunanadək yığmadan kənarlaşdırılıb. Güləşçinin özü preparatı səhvən aldığını bildirib.

Yeni Fransson Dünya Güləş Birliyinin reytinqində 68 kq çəki dərəcəsində ikinci yeri tutur. O, "Tokio-2020" Yay Olimpiya Oyunlarında medala iddialıdır. Fransson 2012-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu olub.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu