
İki ardıcıl məğlubiyyətdən sonra Azərbaycan boksçuları Tokio Olimpiadasında ilk qələbəni qazanıb.
Milli komandamızın ən ağır çəkidə dərəcəsində, +91 kq-da döyüşən üzvü Məhəmməd Abdullayev 1\16 finalda Bəhreyni təmsil edən rus idmançısı Denis Latipova qalib gəlib.
Boksçumuz 1\8 finalda dünya çempionu Bahodir Calolovla (Özbəkistan) qarşılaşacaq. Bu döyüş iyulun 29-u, Bakı vaxtı ilə səhər saat 7:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan boksçularından Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) ilk döyüşlərində uduzaraq olimpiadada mübarizəni dayandırıb.
SPORTİNFO.AZ