COP29

"Azərbaycandakı karyeram yaxşı gedir" - İspaniyalı müdafiəçi

20 May 19:00 Sabah 513
"Azərbaycandakı karyeram yaxşı gedir" - İspaniyalı müdafiəçi

"Azərbaycanda özümü xoşbəxt hiss edirəm. Burada karyeram yaxşı xətlə gedir. ”Sabah”da olduğuma görə də şadam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabal deyib.

Legioner parlaq “Sabah”ın bir parçası idi. Bu mövsüm özünə bənzəməyən “tələbələr”in yenə ən yaxşı isimlərindən biridir.

Premyer Liqada sona 2 tur qalmış Con və dostları avrokuboklara getmək üçün gərgin mübarizədə əsas iştirakçılardan biridir.

Aktivində 52 xalı olan Masazır təmsilçisi turnir cədvəlində 5-ci pillədə qərar tutub.

Görəsən, ötən mövsümkü uğurdan sonra "Sabah" bu il avrokuboklara gedə bilməsə, bunu faciə adlandırmaq olar?

İrasabalı dinləyək:

“Hazırda bu barədə yox, qarşıdakı oyunlar barədə düşünmək komanda üçün daha faydalı olar. Bizim komandanın çox yaxşı potensialı var. İnanıram ki, mövsümün sonunda hədəflərmizə çatacağıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"