“Qarabağ”ın müdafiəçisi Avropanın heç bir ortabab klubunda oynaya bilməz” - VİDEO

7 Dekabr 2024 16:00 Qarabağ 6 213
“Qarabağ”ın müdafiəçisi Avropanın heç bir ortabab klubunda oynaya bilməz” - VİDEO

"Bəhlul Mustafazadə Kevin Medinadan çox şey öyrənməlidir".

Bu açıqlama futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın müdafiəçiləri haqda danışıb.

Tanınmış teleşərhçi Bəhlulun son vaxtlar çoxsaylı səhvlərə yol verdiyini, Qurban Qurbanovun etimadını doğrultmadığını söyləyib.

Bildirib ki, Mustafazadə papağını qabağına qoyub, özü barədə ciddi-ciddi fikirləşməli, çıxış yolu tapmalıdır.

Verlişin aparıcısı Ceyhun Rzayev də Emin Abbasovun sözlərini təsdiqləyib.

Qeyd edib ki, millinin üzvü hazırkı performansı ilə Avropanın heç bir ortabab klubunda forma geyinə bilməz.

Rzayev Bəhlulun ən yaxşı halda Xorvatiyanın birinci liqasından təklif alacağını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti