Zubir Azərbaycan - Fransa oyununa elə proqnoz verdi ki...

21:20 Qarabağ 163
Zubir Azərbaycan - Fransa oyununa elə proqnoz verdi ki...

“Qarabağ”dakı dostlarımı meydanda görmək üçün yəqin ki, matçı stadionda izləyəcəm”.

“Qarabağ”ın kapitanı Abdullah Zubir Sportinfo.az-a açıqlamasında Azərbaycan – Fransa qarşılaşması ilə bağlı danışıb.

DÇ-2026-nın seçmə mərhələsinin sonuncu qarşılaşması çərçivəsində üz-üzə gələcək komandaların oyunu böyük maraqla gözlənilir.

Meydanın bir tərəfində dünya çempionu olmuş Fransanın, digər tərəfində “100-lük”dən kənarda qalan Azərbaycanın futbolçuları yer alacaq.

Zubir futbolçu kimi Fransada yetişib, Fransa vətəndaşlığını daşıyır.

Maraqlıdır, bu oyuna proqnozu necədir? Bizimkilərin xal(lar) qazanmaq şansını necə dəyərləndirir?

Oxuyun:

“Fransa çox güclüdür. Səviyyə baxımından harada olduğunu hamı bilir.

Azərbaycan millisi Parisdəki matçda pis oynamamışdı. Mbappe ilk hissənin sonunda qol vurmasaydı, ikinci hissə onlar üçün çətin keçəcəkdi.

Azərbaycan mübariz oyunu ilə Fransanı qıcıqlandırmağa nail olmuşdu. Azərbaycan yığması üçün təbii ki, çətin olacaq.

Lakin futbol sürprizlərlə zəngindir. Xal almaq? Niyə də olmasın”.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşlaşmanın start fiti saat 21:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti