"Qarabağ"ın zəif cəhətləri var" - "Elfsborq"un baş məşqçisi

11 Dekabr 2024 19:20 Qarabağ 1 159
"Qarabağ"ın zəif cəhətləri var" - "Elfsborq"un baş məşqçisi

"Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var".

Sportinfo.az xəbər verir ki, bunu "Elfsborq"un (İsveç) baş məşqçisi Oskar Hilyemark Avropa Liqasında "Qarabağ"a qarşı qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

32 yaşlı mütəxəssis onları çətin oyunun gözlədiyini bildirib:

"Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadır.

Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var. Şanlarımızı yüksək qiymətləndirirəm.

Sabahkı matçı səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki. bizim üçün uğurlu olacaq".

Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da