Qurban Qurbanov İsveçdə media önünə çıxacaq

11 Dekabr 2024 11:20 Qarabağ 450
Qurban Qurbanov İsveçdə media önünə çıxacaq

Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Elfsborq” (İsveç) – “Qarabağ” matçından öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı və komandanın açıq məşqinin vaxtı məlum olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mətbuat konfransı bu gün Bakı vaxtı ilə 21:40-da keçiriləcək.

Saat 22:00-da isə ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq başlayacaq.

Dekabrın 12-də keçiriləcək “Elfsborq” – “Qarabağ” oyunu saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM