COP29

“Qarabağ”ın futbolçusu İsveç səfərindən öncə müjdə verdi: “Bu dəfə də...”

10 Dekabr 2024 21:20 Qarabağ 1 924
“Qarabağ”ın futbolçusu İsveç səfərindən öncə müjdə verdi: “Bu dəfə də...”

“Qarabağ” bu gün İsveç səfərinə yollanıb.

Avropa Liqasının Liqa mərhələsində mübarizə aparan “köhlən atlar” səfərdə “Elfsborq”un qonağı olacaq.

Geridə qalan 5 turda aktivinə cəmi 3 xal yazdırmağı bacaran təmsilçimiz İsveç səfərindən qələbə ilə qayıtmaq niyyətindədir. Hər nə qədər çətin görünsə də, mümkünsüz deyil.

Son oyunlarda əsas heyətdə görünən Patrik Andrade Sportinfo.az-a məlum qarşılaşma ilə bağlı açıqlama verib:

“Qarşıda bir-iki gün vaxtımız var. Məşqçilər “Elfsborq”u analiz edib, bizə lazım olan tapşırıqları verib.

İştirak etdiyimiz turnirdən asılı olmayaraq, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu dəfə də 3 xal üçün mübarizə aparacağıq.

Xallarımızın sayını artırmaq istəyirik.Bilirik, ağır və yorucu səfər olacaq. Ancaq yenə də məqsədimiz dəyişməz qalır”.

Dekabrın 12-dən 13-nə keçən gecə “Buros Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti