COP29

Nobre "Qarabağ"ın oyununda

10 Dekabr 2024 16:20 Qarabağ 477
Nobre "Qarabağ"ın oyununda

İsveçdə yerli "Elfsborq" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqası oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

FIFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Andre Narçiso yerinə yetirəcək.

Stefano Podeski (San Marino) hakim-inspektor, Yan Atkins (İngiltərə) UEFA nümayəndəsi olacaq.

Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti