Avropa Liqasında mübarizə aparan “Qarabağ” İsveç səfərinə hazırlaşır.
Ağdamlıları “Elfsborq”la oyuna aparacaq çarter reysli təyyarə dekabrın 10-da, saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.
Qasıq yırtığından əməliyyat olunan Aleksey İsayevin səfərə aparılması məqsədəuyğun sayılmayıb.
Əvəzində, “Neftçi”ylə oyunda azı 4 həftəlik sıradan çıxan Kevin Medina komandanın yanında olacaq. Kollektiv çalışmalardan uzaq düşən kolumbiyalı müdafiəçi çətin səfər qarşılaşmasını canlı izləmək istədiyini bildirib.
Dekabrın 12-dən 13-nə keçən gecə “Buros Arena”sında baş tutacaq qarşılaşmanın start fiti 00:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ