“Rəqib çox yaxşı oynadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Premyer Liqanın 16-cı turunda “Sabah”la bərabərə qaldıqları (1:1) oyun barədə danışıb.
Polşalı qolkiper bildirib ki, bu matçda 1 xal komandası üçün pis nəticə deyil:
“Azərbaycan çempionatında hər komanda yaxşı mübarizə aparır. Lakin “Sabah” ən güclülərdən biridir.
Çox çətin oyun keçdi. Rəqib yaxşı mübarizə apardı.
Təbii ki, biz hər matçda qalib gəlmək istəyirik. Lakin bu matçda heç-heçə pis yox, yaxşı nəticədir”.