COP29

“Böyük beşlik” klubları niyə gərə “Qarabağ”a həsəd aparır?

8 Dekabr 2024 22:30 Qarabağ 886
“Böyük beşlik” klubları niyə gərə “Qarabağ”a həsəd aparır?

“Böyük beşlik” liqalarında ən çox məhsuldar oyun keçirən komandalar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, üç və ya daha çox qol vurduğu matçların sayında PSJ liderdir.

Paris təmsilçisi Liqa1-in 9 görüşündə belə məhsuldarlıq nümayiş etdirib. İkinci yeri “Bavariya” və “Barselona” bölüşür.

Bundesliqa və La Liqa təmsilçiləri hərəyə 8 qarşılaşmada “3+” qola seviniblər. “Dördlüy”ü “Atalanta” qapayır. Berqamo klubu A seriyasının 7 oyununda coşub.

“Böyük beşlik” klubları bu göstəricidə Azərbaycan çempionu “Qarabağ”a həsəd aparır. Qurban Qurbanovun komandası cari mövsüm Premyer Liqanın 10 matçında rəqiblərinə qənim kəsilib.

Ağdam klubu keçirdiyi 15 qarşılaşmadan yalnız dördündə 3-dən az qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…