"Qarabağ": İki futbolçu ili vaxtından əvvəl başa vurdu

7 Dekabr 2024 00:40 Qarabağ 1 352
"Qarabağ": İki futbolçu ili vaxtından əvvəl başa vurdu

"Qarabağ"ın iki futbolçusu ilin sonunadək meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Aleksey İsayev və müdafiəçi Kevin Medinadır.

Azərbaycan millisinin də üzvü olan A.İsayev bu gün əməliyyat olunacaq. Əvvəlcədən zədəsi olan oyunçu qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyacaq.

O, təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Kevin Medina isə baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçəcək. Kolumbiyalı legioner "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun matçında sıradan çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!