“Qarabağ” Rusiya çempionatında oynasaydı, yüz faiz liderlər arasında olardı”

6 Dekabr 2024 22:40 Qarabağ 938
“Qarabağ” Rusiya çempionatında oynasaydı, yüz faiz liderlər arasında olardı”

“Dinamo”nun (Moskva) qapıçısı Andrey Lunyov “Qarabağ”la bağlı sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, qolkiper bu barədə “Sport Ekspress”ə müsahibəsində danışıb.

O, “Qarabağ”ın Rusiya Premyer Liqasında hansı yerlər uğrunda mübarizə aparacağı ilə bağlı fikirlərini bildirib:

“Qarabağ” RPL-də oynasaydı, şüphəsiz, ən yaxşılardan olardı. Hətta düşünürəm ki, yüksək yerlər üçün mübarizə aparardı. Bunu yüz faiz deyirəm, onlar ilk “altılığ”a düşə bilərdi”.

Andrey Lunyov ötən mövsümü “Qarabağ”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!