“Qarabağ” uzaq ölkəyə 2 gün tez gedəcək - 600 yer verildi

6 Dekabr 2024 20:20 Qarabağ 1 895
“Qarabağ” uzaq ölkəyə 2 gün tez gedəcək - 600 yer verildi

Avropa Liqası matçında İsveçdə "Elfsborq" ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi dekabrın 10-da, saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Komanda qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.

Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti