“Hər oyunda məqsədimiz qalib gəlməkdir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç deyib.
Xorvatiyalı kiper “Lion”a ağır məğlubiyyətdən sonra “Neftçi” ilə bu qarşılaşmaya necə hazırlaşmışdız” sualına cavabında aşağıdakıları söyləyib:
“Fransızlara uduzmağımız o demək deyil ki, hər şey bitdi, əllərimizi yanımıza salmalıyıq. Hər yeni gələn gün yeni səhifədir:
“Neftçi” ilə oyuna pozitiv yanaşaraq, meydanda lazım olanları etdik və istəyimizə çatdıq. Xüsusi nəsə etdiyimizi deməzdim, sadəcə, oyuna motivasiyanı itirmədik”.
Premyer Liqanın 15-ci turunda Azərbaycan derbisi keçirilib. “Neftçi“nin qonağı olan “Qarabağ“ 3:0 hesablı qələbəyə sevinib.
“Köhlən atlar“ xal ehtiyatını 37-yə çatdıraraq, şəriksiz liderliyini davam etdirib. Ölkə çempionatından fərqli oldaraq, Ağdam klubunun qitə arenasında işləri yaxşı getmir.
“Qarabağ“ Avropa Liqasının Liqa mərhələsinin geridə qalan 5 turunda cəmi 3 xal toplayıb. Çempionumuz “Tottenhem“,“Mamlö“ və “Ayaks“ın ardınca, Bakıda “Lion“a 1:4 hesabıyla uduzub.

