"Qarabağ"ı qınayırlar ki..." - VİDEO

6 Dekabr 2024 15:00 Qarabağ 1 120
"Qarabağ"ı qınayırlar ki..." - VİDEO

"Qarabağ"ı açıq futbol oynadığına görə qınayırlar".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Ağdam klubunun Avropa Liqasının Liqa mərhələsindəki çıxışına qiymət verib.

Tanınmış teleşərhçi bildirib ki, "köhlən atlar"a yönəlik təzyiqlər son vaxtlar artmaqdadır.

Beşinci turda "Lion"a 1:4 hesablı məğlubiyyətlə bu basqıların da genişləndiyini söyləyən ekspert deyib ki, komanda öz taktiki modelinə sadiqdir.

Azərbaycan çempionu həmişə bu cür oynamağa öyrəşib və uğurları da onun sayəsində əldə edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub.

63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Tolisso toru silkələyib. 68-ci dəqiqədə Malik Fofana meydan sahiblərinin qapısına yol tapıb.

80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti