“Qarabağ” belə bir XƏBƏR YAYDI

6 Dekabr 2024 11:00 Qarabağ 2 592
“Qarabağ” belə bir XƏBƏR YAYDI

“Qarabağ”ın İsveçdə “Elfsborq”a qarşı keçirəcəyi Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər bugündən satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər biletləri sabah saat 12:00-dan etibarən “iTicket.az” saytında əldə edə biləcəklər.

Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi “Scandic Plaza Boras” (“Allégatan” 3, 503 32 “Boras”, “Sweden”) hotelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 manatdır.

Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti