Bu xəbər “Qarabağ”da hamını ÇOX MARAQLANDIRIR

6 Dekabr 2024 00:30 Qarabağ 2 358
Bu xəbər “Qarabağ”da hamını ÇOX MARAQLANDIRIR

Avropa Liqasının Liqa mərhələsinin V turundan sonra komandaların şansları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ekspertlər 36 iştirakçının hər birinin taleyi ilə bağlı ehtimallar cədvəli tərtib edib.

Komandaların dörd mümkün variant üzrə şansları məlum olub. Söhbət onların 1-8-ci, 9-16-cı, 17-24-cü, yoxsa 25-36-cı yerləri tutmasından gedir.

1-8-ci yerləri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-16-cı pillədəki komandalar pley-offda cavab görüşünü evdə keçirmək üstünlüyü qazanacaqlar.

17-24-cü yer sahibləri pley-offa öz meydanında başlayacaq. Son 12 pillədə qalanlar isə avrokubokla vidalaşacaq.

Keçirdiyi 5 oyunda cəmi 3 xal toplayan “Qarabağ”ın da şanslarına aydınlıq gəlib. Autsayderlər qrupunda yer alan Azərbaycan çempionu hazırda 32-ci pillədə qərarlaşıb.

Ekspertlər təmsilçimizin 1/8 final şansının qalmadığı qənaətindədir. “Qarabağ”ın “səkkizlik” ehtimalı 0-la ölçülür. Maraq üçün hazırda 8-ci olan “Reyncers”in 10 xalının olduğunu qeyd edək.

1/8 finala birbaşa çıxmaq real görünməsə də, həmin mərhələyə pley-off oynamaqla yüksəlmək də mümkündür. “Qarabağ”ın 9-24-cü yerlərdə qərarlaşmaq ehtimalı ümumilikdə 21 faizdir.

Qurban Qurbanovun yetirmələrinin ikinci “səkkizlik”də yer alaraq pley-offa səfərdə başlayıb evdə bitirmək şansı çox-çox aşağıdır – 3 faiz. Amma 17-24-cü yerləri tutmaq ehtimalı bundan 6 dəfə yüksək – 18 faizə bərabərdir. Avrokuboklara vida təhlükəsi 79 faizlə qiymətləndirilir.

Üç oyunu qalan “Qarabağ” səfərdə “Elfsborq” və “Olimpiakos”, evdə FCSB ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti