COP29

“Fənərbağça”nın baş məşqçisi Mourinyo yox, Qurban Qurbanov olsaydı… VİDEO

5 Dekabr 2024 14:40 Qarabağ 1 763
“Fənərbağça”nın baş məşqçisi Mourinyo yox, Qurban Qurbanov olsaydı… VİDEO

"Ceko heç nədən qol vurur, Juninyo ideal kombinasiyanı qola çevirə bilmir".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»la «Fənərbağça» arasında mübarizə aparıb.

Tanınmış teleşərhçi bildirib ki, Joze Mourinyonun çalışdırdığı İstanbul klubu Avropa Liqasında bərbad oyun sərgiləyir, amma futbolçularının fərdi ustalığı sayəsində qələbə qazanır.

«Qarabağ» isə tam əks durumdadır: komanda gözəl futbolu ilə alqış toplayır, hər dəfə çoxsaylı qol vəziyyətləri yaradır, amma fərqlənməyə çətinlik çəkir.

Abbasov iddia edib ki, Mourinyonun çalışdığı oyunçular Qurban Qurbanovun sərəncamında olsaydı, o, portuqaliyalı həmkarından qat-qat yaxşı nəticələr qazanardı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti