Qurban Qurbanov açıq söylədi: “Bu, bizim üçün vacibdir”

5 Dekabr 2024 16:20 Qarabağ 1 290
Qurban Qurbanov açıq söylədi: “Bu, bizim üçün vacibdir”

“Elfsborq”la oyunda da meydandan qalib ayrılmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova aiddir.

O, Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Elfsborq” ilə dekabrın 12-də İsveçin baş tutacaq matça qələbə qazanmaq üçün yollanacaqlarını söyləyib:

“Elfsborq”la oyun bizim üçün vacib olacaq. İstənilən turnirdə lazımi nəticəni əldə etməyə çalışırıq.

Bunun üçün hər görüşdə qalib gəlmək çox önəmlidir. Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır.

Həmin qarşılaşmaya ciddi hazırlaşacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!