Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdıb.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirdiyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında (2:0) start heyətində yer alıb.
“Şah” cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu.
O, sonuncu dəfə avqustun 2-də, Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.