"Qarabağ"da az oynayıram, əgər yanvarda getmək istəsəm...”

3 Dekabr 2024 00:40 Qarabağ 861
"Qarabağ"da az oynayıram, əgər yanvarda getmək istəsəm...”

"Qarabağ"ın hücumçusu Redon Cica yanvarda, qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə o, ölkəsi Albaniyanın mətbuatına müsahibəsində bildirib. O, newsport.al saytına deyib:

"Futbolda heç nəyi əvvəlcədən söyləmək çətindir. Mənim onsuz da "Qarabağ"da oynamaq vaxtım az olur.

Əgər yanvarda getmək istəsəm, mən bir neçə variant içində ən yaxşısı üzərində dayanacam".

Cica bir vaxtlar çıxış etdiyi Albaniya çempionatına qayıdacağını istisna etməyib:

"Albaniya Superliqasına qayıtmağım mümkündür. Bu məsələ açıq qalır. Amma hələ bəzi məsələlər aydınlaşmalıdır".

Redon Cica 2023-cü ilin yanvarında "Tirana" klubundan "Qarabağ"a keçib. O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib.

Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti