COP29

“Televizorda püşkə baxırdım, Fransa klublarının bizə rəqib olmasını istəyirdim”

2 Dekabr 2024 02:20 Qarabağ 327
“Televizorda püşkə baxırdım, Fransa klublarının bizə rəqib olmasını istəyirdim”

"Qarabağ"ın legioneri Yassin Benzia Fransa mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "Lion" haqda danışıb.

30 yaşlı ərəb deyib:

"Mən püşkatma mərasimini evdə televizor qarşısında izləyirdim. Fransa klublarının bizə rəqib olmasını istəyirdim.

Bizə "Lion" düşdü. Bu, yaxşı oldu. Yetirməsi olduğun klubla üz-üzə gəlmək xüsusidir.

Mən Tolisso, Lakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini gördüm ".

Yassin Benzia "Lion"un yetirməsidir. Təcrübəli oyunçu 2012-2015-ci illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti