"Qarabağ"ın futbolçusu: “Qazansam, möhtəşəm olacaq”

1 Dekabr 2024 02:40 Qarabağ 1 363
"Qarabağ"ın futbolçusu: “Qazansam, möhtəşəm olacaq”

“Ferents Puşkaş” mükafatına namizəd olduğum üçün xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qarabağ"ın əlcəzairli legioneri Yassin Benzia FIFA-nın təsis etdiyi "Ferents Puşkaş" mükafatına namizəd olması ilə bağlı danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bu ilin martında beynəlxalq yoldaşlıq matçında Cənubi Afrika yığmasına qarşı matçda vurduğu baxımlı qolun ən yaxşı seçiləcəyinə ümid edir:

"Bəli, qürur duyuram və qalib gələcəyimə ümid edirəm. Qələbə qazansam, möhtəşəm olacaq.

Bu, xüsusilə Əlcəzairdə və Azərbaycanda məni dəstəkləyənlər üçündür".

Görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar