COP29

Zubir Bakını fransızlara təriflədi: “Yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm”

30 Noyabr 2024 17:20 Qarabağ 625
Zubir Bakını fransızlara təriflədi: “Yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm”

"Azərbaycanda futbolu sevirlər, küçədə gedəndə çox adam məni saxlayır.

Burada hər hansı gərginliyə, yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Fransanın tanınmış "L'Equipe" nəşrinə açıqlamasında bildirib.

Fransa jurnalistinə danışan 32 yaşlı vinger bildirib ki, Bakıda sahilə yaxın ərazidə yaşayır:

"Orada Fransada olduğu kimi, ətraf restoranlarla doludur. Həyat gözəldir.

Burada hamı sülh şəraitində yaşayır. Təhlükəsizlik baxımından da hər şey əladır".

Digər Xəbərlər
Xəbər Lenti