COP29

"Qarabağ"lının super qolu FİFA-nın 11 namizədi arasında - VİDEO

29 Noyabr 23:20 Qarabağ 556
"Qarabağ"lının super qolu FİFA-nın 11 namizədi arasında - VİDEO

FİFA 2024-cü ildə Ferens Puşkaş mükafatına 11 namizəd futbolçunun adını elan edib.

Bu mükafat dünyada il ərzində vurulan ən yaxşı qolun müəllifinə təqdim olunur.

Sportinfo.az xəbər verir ki, namizədlər onların milli və ya klub komandası səviyyəsində vurduğu qollara əsasən müəyyənləşdirilib.

Siyahıda "Qarabağ"ın Əlcəzair millisində çıxış edən yarımmüdadiəçisi Yassin Benzianın da adı var.

30 yaşlı futbolçu bu il martın 26-da Cənubi Afrika millisinə qarşı matçda akrobatik tullanışla gözəl qol vurub.

Ferens Puşkas mükakatına namizəd olan 11 futbolçu aşağıda adları qeyd olunanladır:

Hassan Əl-Haidos (Qətər)

Terri Antonis ("Melburn Siti" Avstraliya)

Yassin Benzia (Əlcəzair)

Uolter Boy ("Lanus" Argentina)

Mixael Çirinos (Honduras)

Federiko Dimarko ("İnter" İtaliya)

Alexandro Qarnaço ("Mançester Yunayted" İngiltərə)

Mohammed Kudus ("Vest Hem" İngiltərə)

Denis Omedi ("Kitar" Uqanda)

Pol Onuaçu ("Trabzonspor" Türkiyə)

Ceyden Filoqen ("Hall Siti" İngiltərə)

İlin ən yaxşı qolu mükafatı FİFA saytında keçirilən səsvermənin yekunundan sonra, 2025-ci il fevralın 25-də təşkil olunacaq mərasimdə qalibə təqdim ediləcək.

Benzianın Cənubi Afrika millisinə vurduğu qol

Digər Xəbərlər
Xəbər Lenti