“Ayaks”ın ulduzu Bakıda problemlə üzləşdi, hava limanında 3 saat qaldı

23 Oktyabr 2024 19:30 Qarabağ 1 764
“Ayaks”ın ulduzu Bakıda problemlə üzləşdi, hava limanında 3 saat qaldı

"Ayaks"ın futbolçusu Danieli Ruqani Avropa Liqası Liqa fazasının 3-cü turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az italiyalı müdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- “Qarabağ”ı necə xarakterizə edərdiniz?

- Onların oyunlarına baxmışıq. “Qarabağ”ı ciddi təhlil etmişik. Onlar güclü komandadır. Təhlükəli rəqibdir. "Qarabağ"ın Avropada böyük təcrübəsi var.

- Sabah bütün oyunu oynamağa hazırsınız?

- Bakıya qələbə üçün gəlmişik. Çətin olacaq, amma oynaya bildiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, komandaya nəticə əldə etməyə kömək edə biləcəyəm.

- Dünən hava limanında probleminiz olub?

- Elektron viza ilə bağlı problem yaranıb. Viza səhv doldurulub. Bakı hava limanında üç saat qaldım.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti