Sabah "Qarabağ" - "Ayaks" qarşılaşması təxirə salınacaq?

23 Oktyabr 2024 09:20 Qarabağ 5 184
Sabah "Qarabağ" - "Ayaks" qarşılaşması təxirə salınacaq?

"Avropa Liqasının Liqa mərhələsinin üçüncü turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü təxirə salınmayacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev bildirib.

"Hazırda stadionda heç bir problem yoxdur. Oyunun təxirə salınması üçün heç bir səbəb qalmayıb.

Yağıntılar stadionun ot örtüyünə heç bir zərər verməyib. Görüşün keçirilməsinə əngəl yoxdur".

"Qarabağ" - "Ayaks" görüşü oktyabrın 24-də saat 20:45-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti