COP29

“Mən “Qarabağ”da yer davası etməyi xoşlamıram”

12 Oktyabr 20:20 Qarabağ 4 901
“Mən “Qarabağ”da yer davası etməyi xoşlamıram”

“Qarabağ” yay hazırlıq dönəmində əsas diqqəti “çərçivə”yə ayırdı.

Andrey Lunyovla Luka Quqeşaşvilinin komandanı tərk etməsindən, Amin Ramazanovun zədələnməsindən sonra Fabiyan Buntiç, Mateuş Koxalski, Şahruddin Məhəmmədəliyev və Sadiq Məmmədzadə “köhlən atlar”ın sıralarına cəlb olundu.

Şahruddinin zədəli olduğu son dövrlərdə “1 nömrə” uğrunda Koxalski ilə Buntiçin mübarizəsinə şahidlik etməkdəyik. Hər iki qapıçı növbəli şəkildə əsas heyətdə yer almaqdadır.

Fabiyan Sportinfo.az-a verdiyi müsahibədə Mateuşla rəqabətdən söz açıb, komandada çox sayda qapıçının olmasından “Qarabağ”ın xeyir görəcəyini bildirib:

“Əlbəttə, hər bir futbolçu ilk “11-lik”də yer almaq istəyir. Hətta zədəli futbolçu belə, meydanda olmaq üçün alışıb-yanır.

Bu mənada baş məşqçilərin işi çox çətindir. Namizəd bir neçə nəfər olduğu halda, meydana hər mövqe üzrə bir nəfərə şans verməyə məcburdur.

Yer davası etməyi xoşlamıram. Həvəslə məşqlərimi edir, adım çəkilən anda hazır olmağa çalışıram.

Komandada bir neçə qapıçının olması hər birimiz üçün motivasiyadır. Belə olanda daha çox çalışır, daha çox məsuliyyət daşıyırsan.

Kimin oynayacağına baş məşqçi qərar verir. Bizim işimiz gərgin məşqlər etməklə komandaya fayda verməkdir.

Mən olum, Mateuş, Şahruddin, yaxud Sadiq – fərq etmir”.

27 yaşlı qapıçı cari mövsümdə “Qarabağ”ın heyətində bütün yarışlarda meydana çıxdığı 8 oyunda qapısından 12 top buraxıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!