Azərbaycanın ən yaxşı klubu dünya reytinqində gerilədi - 8 pillə

11 Oktyabr 2024 16:20 Qarabağ 2 017
Azərbaycanın ən yaxşı klubu dünya reytinqində gerilədi - 8 pillə

"Qarabağ" dünya klublarının reytinq siyasında 8 pillə geriləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran "Sabah" isə 411-cidir.

503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb.

"Real" (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!