Bakıda gördüyünü gördü, “Qarabağ”da üç nəfərin adını çəkdi

10 Oktyabr 2024 22:20 Qarabağ 4 512
Bakıda gördüyünü gördü, “Qarabağ”da üç nəfərin adını çəkdi

“Qarabağ”ın ən böyük üstünlüyü ayrı-ayrı futbolçuların ustalıq səviyyəsinin yüksək olmasıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Malmö”nün kapitanı Anders Kristiansen deyib.

Komandasının Bakıda “Qarabağ” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra saytımıza açıqlama verən 34 yaşlı danimarkalı ağdamlıların heyətindəki futbolçuların bacarığından söz açıb.

Amders bu mənada üç nəfərin adını çəkib:

“10 nömrə” (Abdullah Zubiri nəzərdə tutur - H) inanılmaz texnikaya malikdir və meydanı yaxşı görürü. Hiss olunur ki, “Qarabağ”ın əsas adamı odur.

Meydana sonradan daxil olan “8 nömrə” də (Marko Yankoviç) ağıllı oyunçudur. Daim irəli-geri hərəkət edir, top alıb-verir.

Qolun müəllifi (Olavio Juninyo) də təkbətək epizodlarda çətinlik yaratmağı bacarır. Qapımıza vurduğu qol zamanı inanılmaz sürət nümayiş etdirdi.

Ümumiyyətlə, “Qarabağ”ın hücum potensialı çox yüksəkdir. Onları dayandırmaq heç də asan deyil. Çətin də olsa, bunun öhdəsindən gəlməyi bacardıq”.

Avropa Liqasının Liqa mərhələsində hər iki oyunda uduzan təmsilçimiz “Beşiktaş” və Kiyev “Dinamo”su ilə birlikdə 36 komanda arasında sonuncuların arasındadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”