“Qurban Qurbanovu göylərə qaldıranlar bir oyunla onu yerə çırpmağa hazırdır”

9 Oktyabr 2024 22:40 Qarabağ 1 957
“Qurban Qurbanovu göylərə qaldıranlar bir oyunla onu yerə çırpmağa hazırdır”

"Qarabağ" udanda Qurban Qurbanovu göylərə qaldıranlar bir oyunla onu yerə çırpmağa hazırdılar".

Sportinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Bu nə yanaşmadır? “Qarabağ” məğlub olan kimi (sosial şəbəkələrdə) baş məşqçi Qurban Qurbanovun bahalı köynəyinin qiymətindən danışmağa başlayıblar.

Belə çıxır ki, “Qarabağ” dünən “Dinamo” üzərində qələbə qazansaydı, Qurban Qurbanovun köynəyinin qiyməti heç kimi maraqlandırmayacaqdı, əksinə yazacaqdılar ki, sənə hər geyim yaraşır, buna layiqsən və sair.

Qurban Qurbanovu göylərə qaldıranlar bir oyunla onu yerə çırpmağa hazırdılar. Ölkədə çempionatı zəifdir, bu ki Qurban Qurbanovun günahı deyil.

Futboldan az başı çıxan da bilir ki, daxili çempionat zəifdirsə, belə çempionatın komandasından beynəlxalq arenada daima zəfərlər gözləmək mümkün deyil.

Qurban Qurbanova minnətdar olmalıyıq ki, mümkün olmayanı reallaşdırıb. Əlbəttə, məşqçinin səhvləri ola bilər, ancaq onun səhvlərini bahalı köynəyi ilə əlaqələndirmək doğru deyil. Qurban Qurbanov həmin bahalı köynəyi alnının təri ilə qazanıb”, - politoloq bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu