Tanınmış jurnalist “Qarabağ”lı legionerdən üzr istədi: "Ona qonaqlıq vermək istəyirəm" - VİDEO

2 Oktyabr 2024 16:00 Qarabağ 1 424
Tanınmış jurnalist “Qarabağ”lı legionerdən üzr istədi: "Ona qonaqlıq vermək istəyirəm" - VİDEO

"Ona kabab qonaqlığı vermək istəyirəm".

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, “Qarabağ”ın yeni qapıçıları haqda yanlış rəy səsləndiyini etiraf edib.

Tanınmış telejurnalist Mateuş Koxalskini ondan üstün tutduğu və əleyhinə fikirlər söylədiyi üçün Fabiyan Buntiçdən üzr istəyib.

Rzayev bildirib ki, polşalı kiper xorvatiyalı həmkarından üstün təsir bağışlamır.

Aparıvı efirdən “Qarabağ”ın tərcüməçisi Elvar Quliyevə müraciət edib, ondan Buntiçlə görüşünü təşkil eləməsini istəyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!