COP29

Qurban Qurbanovun 2 çıxış yolu var - Yeni transfer(lər) və böyük cərimə

1 Oktyabr 11:40 Qarabağ 4 015
Qurban Qurbanovun 2 çıxış yolu var - Yeni transfer(lər) və böyük cərimə

«Qarabağ» Premyer Liqada yeddinci oyununa çıxdı, sayca altıncı qələbəsini qazandı.

Turnir cədvəli nöqteyi-nəzərdən vəziyyət nəzarətdədir və qaydasındadır - «köhlən atlar» yenə zirvədədir.

Komanda vurduğu qollarla birinci pilləni təkrar ələ keçirib. Bu, onlar üçün adi haldır. «Qarabağ» adət edib lap yuxarıda olmağa.

Ötən mövsümü xatırlayası olsaq, Qurban Qurbanov bu günü gormək üçün 13 tur gözlədi.

Yeni mövsüm bir az fərqli start götürüb və «Qarabağ» liderlik qoltuğunda qalmaqdan yana rəqib qapılarına daha çox yön almağa başlayıb, vurduğu qolların sayını artırıb. 18 xal 19 qolla əldə olunub.

Bu, bir tərəfdən Qurban Qurbanovu sevindirməkdədir. Bəli, yalnız bir tərəfdən.

Çünki komanda nə qədər fərqlənirsə, ondan xeyli artıq epizodu boşa verir. Yaradılan qol fürsətlərinin dəyərləndirmə faizi aşağıdır.

Qurbanovun bununla bağlı təcili toplantı çağırması, ön xətt oyunçularından toparlanmalarını tələb etməsi, hətta onları cərimələməsi barədə mətbuatda xəbərlər çıxsa, təəccüblənməyəcəm.

Haqqıdır bu onun. Gözləməyə dəyər.

Müdafiə zonası yeni nəfəs istəyir. Bura da ciddi surətdə əl gəzdirilməlidir.

«Sabah» hesabı 0:3-dən 2:3-ə gətirdi, amma bu da son olmaya bilərdi.

Son 10-15 dəqiqədə «Sabah» onların qapısı ağzında nə təhlükəli epizodlar yaratdı, təkcə Mikels nə imkanları qaçırdı, Qurban Qurbanov gördü.

O, arxa xətti yeniləməli, sağlamlaşdırmalıdır. Təhlükə son vaxtlar qapını daha tez-tez döyməkdədir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik