Qurban Qurbanov tənqidə məruz qalan futbolçusuna sahib çıxdı - VİDEO

30 Sentyabr 2024 22:40 Qarabağ 3 049
Qurban Qurbanov tənqidə məruz qalan futbolçusuna sahib çıxdı - VİDEO

"Toralın nə cür jest etdiyini görmədim, yəqin ki, "sus" işarəsini göstərib.

Dünya futbolunda bunu etməyən yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Dünən "Sabah"a qarşı keçirilən Premyer Liqanın 8-cı turunun matçından (3:2) sonra təşkil edilən mətbuat konransında Ağdam klubunun çalışdırıcısı Bayramovun vurduğu qoldan sonrakı jestinə münasibət bildirib.

Onun fikrincə, T.Bayramov bunu azarkeşlərə hörmətsizlik göstərmək üçüb etməyib:

"Mümkün deyil ki, Toral bunu azarkeşlərə etsin. Bu cür provokasiyaya getmək lazım deyil.

Azarkeşlərə də bunu hansısa formada çatdırmaq lazım deyil. Çünki hansısa kiçik fikir komandaya, futbolçuya olan inamı itirə bilər.

Belə suallar da vermək lazım deyil. Futbolda o qədər belə jestlər var ki.

Futbolçudur, qol vurur, bəlkə dostuna, yaxınına edir. Toral həmişə reklamı xoşlayan, özünü sevdirən oyunçudur.

Gecə 2-də də müsahibə verir, azarkeşlərə də açıqdır. Belə fikir formalaşdırmaq lazım deyil. Toralı tanıyıram".

T.Bayramovun vurduğu qola və etdiyi jestə bu videonun 1:10-ci dəqiqəsindən baxa bilərsiniz

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var