"Qarabağ" növbəti transferini reallaşdırıb.
Klubun mətbuat xidməti Sportinfo.az-ın günün əvvəlində yaydığı məlumatı az öncə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/202157.html).
Bildirilib ki, bir müddətdir "Alkorkon" (İspaniya) ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameyilli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.
23 yaşlı qanalı ilə 2 illik müqavilə imzalanıb.
Addainin son komandası 2022-2024-cü illərdə formasını geyindiyi “Alkorkon” olub. O, bunadək Fransada - “Bobiqni”də (2021-2022) çıxış edib.

