“Qarabağ”ın Azərbaycana gətirdiyi yeni oyunçunun ADI BİZDƏ! – SON DƏQİQƏ

23 Avqust 2024 09:40 Qarabağ 8 924
“Qarabağ”ın Azərbaycana gətirdiyi yeni oyunçunun ADI BİZDƏ! – SON DƏQİQƏ

Bir qədər öncə xəbər verdiyimiz kimi, «Qarabağ» növbəti transfer çalışmasını başa vurub.

Əldə etdiyimiz informasiyaya görə, Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı vingerlə ortaq məxrəcə gəlib.

Kimdir o? Gəlin tanış olaq – Emmanuel Addai.

Yeni transfer səhər saatlarında Azərbaycana təşrif buyurub.

«Köhlən atlar»ın anlaşdığı əcnəbi qanalıdır. Addainin 23 yaşı var.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun çox bəyəndiyi vinger “JMG Akademi”nin yetirməsidir. 2021-2022-ci illəri Fransada keçirib. “Bobiqni”nin formasını geyinib.

2022-ci ildən üzü bəri isə karyerasını İspaniyada davam etdirib. Ötən müddətdə “Alkonkon”un heyətində Sequndada 52 matça çıxıb və 5 qol vurub.

Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.

Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı «Yurdorden»dən (İsveç), Şahruddin Məhəmmədəliyev «Adana Demirspor»dan (Türkiyə) geri qayıdıb.

Sadiq Məmmədzadə «Səbail»dən, Fabiyan Buntiç «Vizela»dan (Portuqaliya) və Mateuş Koxalski «Stal»dan (Polşa) transfer olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti