COP29

“Qurban Qurbanov məni görən kimi ilk sualı bu oldu ki…“ - VİDEO

27 Noyabr 2023 14:00 Qarabağ 1 665
“Qurban Qurbanov məni görən kimi ilk sualı bu oldu ki…“ - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan film hazırlanıb.

“Stadionlar səssiz olanda” adlanan filmin bu gün təqdimatı olacaq.

Burada Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Filmi ərsəyə gətirən bədii heyət İTA kanalının qonatı olub. Quruluşçi rejissor Əli-Səttar Quliyev çəkiliş ərəfəsində və ondan sonra qarşılaşdıqları maraqlı hadisələrlə bağlı danışıb.

Bildirib ki, Q.Qurbanov filmin çəkilməsinə çəkilməsi qərarını təəccüblə qarşılayıb və ona ilk sualı “bu, nəyə lazımdır“ olub.

O, məşqçinin doğulduğu Zaqatalaya səfərləri zamanı güclü yağışa düşdüklərini, çətin dəqiqələr yaşadıqlarını deyib.

Verlişdə qeyd olunub ki, filmin qəhrəmanın obrazını yaratmaq üçün 4 aktyorun xidmətindən istifadə edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"