“Qarabağ”ın iki futbolçusu - Riçard Almeyda və Andrey Lunyov sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, hadisə məşq əsnasında baş verib.
Belə ki, braziliyalı yarımmüdafiəçi rusiyalının qoruduğu qapıya zərbələr endirib. Bu vuruşlardan biri qol olunca, Almeyda üzünü Lunyova tutaraq, zarafatlaşıb.
O, “bura nə “Zenit“dir, nə də “Bayer”, “Qarabağ”dasan” deyib. Lunyov komanda yoldaşının sözünə gülümsəyib.

