"Benfika”nın sabiq hücumçusu “Qarabağ” yolunda – Pulsuz-parasız

7 İyun 2023 00:40 Qarabağ 14 264
"Benfika”nın sabiq hücumçusu “Qarabağ” yolunda – Pulsuz-parasız

"Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, Ağdam klubu Jonder Kadisin xidmətində maraqlıdır.

Azərbaycan çempionu hazırda "Famalikao”nun formasını geyinən venesuelalı futbolçunun keçidini həll etməyə çalışır.

Onun Portuqaliya klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. Azad agent statusu alacaq cənubi amerikalının özü də "Qarabağ”a keçmək istəyir.

Tərəflər maliyyə məsələsində razılığa gəlsə, Kadisin keçidi avrokubokların startına qədər reallaşacaq. Venesuelalı ön xətdə universallığı ilə diqqət çəkir. O, həm hücumçu, həm vinger kimi çıxış edir.

Kadis bunadək "Karakas”, "Nasyonal”, "Benfika”, "Setubal”, "Dijon”, "Neşvil” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!