
"Qalatasaray"ın forvardı Batefimbi Qomis instaqram hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, fransalı hücumçu qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib:
"Qardaş ölkə Azərbaycana möhtəşəm qarşılama və qonaqpərvərliyə görə təşəkkür edirəm".
Qomis "Qalatasaray"ın 2:1 qalib gəldiyi görüşdə komandasının ilk qolunu vurub.