"Qarabağ"ın ulduzuna iki müştəri çıxdı – Fransa və Türkiyədən

31 Mart 2023 13:20 Qarabağ 5 786
"Qarabağ"ın ulduzuna iki müştəri çıxdı – Fransa və Türkiyədən

Bakıda “Qarabağ” və “Qalatasaray” arasında keçirilən xeyriyyə matçında (1:2) meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.

Sportinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur.

Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.

Fransadan “Lill” də mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.

31 yaşlı legioner 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Ağdam təmsilçisinin heyətində 103 oyuna çıxan A.Zubir 29 dəfə rəqib qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti