"Qarabağ"ın legionerinə "coma to Galatasaray" dedilər - FOTOLAR

31 Mart 2023 03:00 Qarabağ 1 231
"Qarabağ"ın legionerinə "coma to Galatasaray" dedilər - FOTOLAR

"Qarabağ" yoldaşlıq oyunu çərçivəsində "Qalatasaray" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan klubunun futbolçusu Abdullah Zubir oyunu ilə türk fanatların sevgisini qazanıb.

"Sarı-qırmızılar"ın azarkeşləri fransalı vingerin instaqram hesabına axın ediblər. Onlar Zubirə "coma to Galatasaray" ("Qalatasaray"a gəl) şərhləri yazıblar.

Abdullah Zubir "Qarabağ" - "Qalatasaray" görüşünə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 31 yaşlı futbolçu Ağdam təmsilçisinin yeganə qolunun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"