"Canımızı Zubirdən yaxşı qurtardıq” – “Qalatasaray”ın gündəmi

30 Mart 2023 17:00 Qarabağ 4 690
"Canımızı Zubirdən yaxşı qurtardıq” – “Qalatasaray”ın gündəmi

Həftələrdir gözlədiyimiz “Qarabağ” – “Qalatasaray” görüşü Türkiyə nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Matçın adı qardaşlıq matçı olsa da, hər iki komandanın qələbə qazanmaq istəyi aşkar görünürdü.

“Qarabağ”ın heyətində, ümumiyyətlə, meydanda ən yaxşı Abdullah Zubir idi.

Texniki imkanları ilə rəqib müdafiəçilərə nəfəs almaq imkanı verməyən fransız “10 nömrə” 90 dəqiqə “Qalatasaray”a çətin anlar yaşatdı, komandasının yeganə qolunda məhsuldar ötürmənin müəllifi oldu.

Zubirin parlaq oyunu “Qalaatsaray”ın türkiyəli azarkeşlərini valeh edib.

Onlar klubun sosial şəbəkə hesablarında Abdullahın şəninə təriflər yağdırır, rəhbərliyə səslənərək bu futbolçunu təcili Türkiyəyə gətirməyi məshələt görür.

Oyunla bağlı yazılan çoxsaylı şərhlərin böyük əksəriyyəti 31 yaşlı vingerlə bağlıdır ki, onlardan müəyyən qismini diqqətinizə çatdırırıq:

“Başqan, gələndə Zubiri də al gətir”.

“Zubir, maşallah, içimizdən keçdi. Bu adam İkardi ilə bir yerdə oynasa, nə olar əcaba?”

“Qalatasaray” təcili bu Zubiri alsın. Qarşılığında Emre Taşdemir, Yusuf Demir, Ross və Dubianı versin”.

“Zubir deyilən bir oyunçu var, adam rəsmən jet”.

“Zubiri almadan gəlməyin”.

“Zubir çox yaxşı oyunçudur. Bizim liqada iş çevirər”.

“Qayıdanda Zubiri də gətirin, Mata ilə Yusufdan biri orda qalsın”.

“Zubirə bayıldım, kaş onu alsaydıq.

“Okan hoca, bu Zubiri almadan Türkiyəyə qayıtmayın”.

“Canımızı Zubirdən yaxşı qurtardıq”.

Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə bütün yarışlarda meydana çıxdığı 200 oyunda 43 qol vurub, 54 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti