"Qarabağ"dan ayrılıq iddialarına RƏSMİ REAKSİYA

30 Mart 2023 19:00 Qarabağ 5 600
"Qarabağ"dan ayrılıq iddialarına RƏSMİ REAKSİYA

Son günlər “Qarabağ”ın bir neçə futbolçusunun adı əcnəbi klublarla hallanır.

Xüsusi ilə Abdullah Zubir, Toral Bayramov və Elvin Cəfərquliyevə ciddi təkliflər olduğu yayılan iddialar arasındadır.

Maraqlıdır, yayılan söhbətər nə dərəcədə həqiqətə uyğundur? Ümumiyyətlə, hansısa futbolçu ilə bağlı ağdamlılara rəsmi müraciət yollayan olubmu?

Sorğumuza cavab olaraq “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportinfo.az-a açıqlamasında bunları dedi:

“Bu transfer xəbərlərinin mətbuatda yer alması normaldır. Mövsümün sonu yaxınlaşdıqca bəzi futbolçuların "Qarabağ"la adının hallanması və bizim futbolçuların digər klublarla adının çəkilməsi tam normaldır.

Komandamızın avrokubklardakı yaxşı nəticələri və "Qalatasaray"la yoxlama oyununda futbolçuların yaxşı performans sərgiləməsi bunda əsas rol oynayır.

Amma heç bir futbolçumuzla bağlı kluba rəsmi təklif daxil olmayıb. Belə olan halda hər hansı münasibət bildirmək peşəkarlıqdan uzaq olar”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti