
"Ötən həftəsonu Bakıda dostluq oyunu keçirdik.
Bu matçla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik".
Sportinfo.az xəbər verir ki, bunu "Qalatasaray"ın prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu barədə danışarkən deyib.
Funksioner Azərbaycanda böyük diqqət gördüklərini bildirib:
"Buradan azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və "Qarabağ"ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar".
"Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.