
"Qarabağ" Bakıda "Qalatasaray" ilə yoldaşlıq görüşündə üz-üzə gəlib – 1:2.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl və "sarı-qırmızılar"ın rəhbəri Dursun Özbək görüşüb.
44 günlük Vətən Müharibəsinin qaziləri də klub rəhbərləri ilə görüşdə iştirak ediblər.
"Sabah"ın akademiyasının koordinatoru Təbriz Həsənov və "Neftçi"nin futbolçusu Mert Çelik də "Qalatasaray"ın düşərgəsini ziyarət edib.